Philips HX6341/07 Sonicare For Kids Sonic electric toothbrush

User manual - Page 22

For HX6341/07.

PDF File Manual, 592 pages, Read Online | Download pdf file

HX6341/07 photo
Loading ...
Loading ...
Loading ...
22
Azərbaycanca
- Məhsulu və batareyaları oddan uzaq saxlayın və onları
birbaşa günəş işığı və ya yüksək temperatura məruz
qoymayın.
- Məhsul anormal şəkildə qızar və ya qoxu gələrsə,
rəngini dəyişər və ya şarj normaldan daha uzun
müddət davam edərsə, məhsulu istifadə etməyi,
həmçinin şarj etməyi dayandırın və Philips ilə əlaqə
saxlayın.
- Məhsulları və onların batareyalarını mikrodalğalı soba
və ya induksiyalı ocaqlara qoymayın.
- Batareyaların qızmaması və ya zəhərli, təhlükəli
maddələr buraxmaması üçün məhsulu və ya
batareyanı açmayın, dəyişdirməyin, deşməyin,
zədələməyin və ya sökməyin. Batareyanın qısa
qapanmasına, həddindən artıq və ya əks şarj
edilməsinə yol verməyin.
- Bu cihazda təmir oluna bilən hissələr yoxdur.
Batareyanın istismar müddəti başa çatdıqda, cihaz
lazımi qaydada atılmalıdır (təkrar emal bölməsinə
baxın).
- Batareyalar zədələnərsə və ya sızdırarsa, onların dəri
və ya gözlə təmasından çəkinin. Bu baş verərsə, dərhal
su ilə yaxşıca yuyun və həkimə müraciət edin.
Saxlama və daşınma şərtləri
Temperatur -10°C - 60°C.
Radio Avadanlığı Direktivi
Bununla, Philips radio avadanlıq növü ilə (Bluetooth, NFC)
təchiz edilmiş elektrik diş fırçalarının 2014/53/Aİ
Direktivinə uyğun olduğunu bəyan edir.
- Müvafiq məhsullarda Bluetooth radio tezliyi interfeysi
2,4 GHz tezliyində işləyir.
- Bluetooth cihazının maksimum çıxış gücü 3 dBm-dir.
- Müvafiq məhsullarda NFC radio tezliyi interfeysi 13,56
MHz tezliyində işləyir.
- Cihazın ötürdüyü maksimum RT gücü 30,16 dBm-dir.
Aİ uyğunluq bəyannaməsinin tam mətni aşağıdakı
internet ünvanında əlçatandır:
www.philips.com/support
Loading ...
Loading ...
Loading ...